Ana səhifə / İdman / "Sabah" avrokuboklara vəsiqəni təmin etdi "Sabah" avrokuboklara vəsiqəni təmin etdi 02.04.2023, 21:01 Əziz Əzizli Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə “Qəbələ”ni məğlub edən “Sabah” çempionatın bitiminə 8 tur qalmış ilk üçlükdə yerini təmin edib. İqtisadiyyat.az xəbər verir ki, bu, “Sabah”ın növbəti mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcəyi anlamına gəlir. “Sabah”dan öncə “Qarabağ” da avrokuboklara vəsiqəni təmin etmişdi. Onu da xatırladaq ki, “Sabah” tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək. Teqlər: "\"Sabah\" avrokuboklara vəsiqəni təmin etdi"
04.03.2026, 14:41 Azərbaycanın Avstriya ilə qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub