Donald Geryenin durumu bəlli oldu

Əziz Əzizli
Donald Geryenin durumu bəlli oldu

Azərbaycan Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə oyunda (1:1) zədələnən "Zirə"nin futbolçusu Donald Geryenin durumu müəyyənləşib. 

Bu barədə "Operativ Media" klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Onun sözlərinə görə, ayağından zədə alan haitili müdafiəçi təxminən 4 həftə meydana çıxa bilməyəvək.

Qeyd edək ki, Gerye "Neftçi" ilə görüşün 36-cı dəqiqəsində zədələnərək əvəzlənmişdi.

Digər xəbərlər