http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Gəncə şəhər stadionu bərbad vəziyyətdədir - VİDEO

04 Aprel 2023 , 09:41
Gəncə şəhər stadionu bərbad vəziyyətdədir - VİDEO

Tarixi komandalarımızdan olan "Kəpəz"in doğma meydanı artıq doğmalıqdan çıxıb. Təmirsiz stadion, bərbad vəziyyətdə olan oturacaqlar və baxımsız qalmış ot örtüyü bunu deməyə əsas verir.

"Operativ Media" Xezerxeber.az-a istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda rəqiblərilə oyuna gözükölgəli çıxan "Kəpəz", deyəsən hələ bir müddət də bu vəziyyətlə barışmalı olacaq.

Maraqlıdır ki, "Kəpəz" məhz bu baxımsız vəziyyətdə olan stadionda oynadığı son 6 qarşılaşmada məğlub olmayıb. Bəlkə də Gəncə təmsilçisi acınacaqlı vəziyyətə baxmayaraq, imza atdığı 2 qələbə və 4 heç-heçənin eyforiyasındadır. Amma sual doğuran məqam odur ki, görəsən, bu vəziyyətdən çıxış yolu varmı? Ölkənin ən böyük futbol məktəbi hesab olunan Gəncə şəhərinin komandası bu stadiondan avrokuboklara necə çıxacaq? Ot örtüyü belə bərbad vəziyyətdə olan komandadan görəsən yenidən Yunis Hüseynovlar, Maşallah Əhmədovlar, Vidadi Rzayevlər yetişəcəkmi? Ölkənin ən böyük futbol qurumu olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Gəncə şəhər stadionunun real vəziyyətini nə vaxt görəcək?

Qeyd edək ki, kifayət qədər legionerin də çıxış etdiyi "Kəpəz" klubunun bu utancverici vəziyyətdən xilas olmasını rəqib komandaların azarkeşləri də istəyir. Ən azından normal meydandan yaxşı mübarizə izləmək üçün.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

"Neftçi" Qara Qarayevlə yollarını ayırdı - RƏSMİ

"Neftçi" Qara Qarayevlə yollarını ayırdı - RƏSMİ

Karvahal: "Futbolçular da tətil elan edə bilərlər"

Karvahal: "Futbolçular da tətil elan edə bilərlər"

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu