Menyu

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb

Operativ Media
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb

Musiqi sənəti istiqaməti üzrə 20, 21, 24, 25, 26, 27, 28, 29, 30, 36, 73 və 75-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq elektron xidməti vasitəsilə çap edə bilərlər.

DİM-dən Operativ Media-ya bildirilib ki, həmin komissiyalar üzrə qabiliyyət imtahanları iyulun 1-dən 11-dək Bakı şəhərində yerləşən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçiriləcək.

Faktiki yaşayış yeri kimi Naxçıvan Muxtar Respublikasını göstərən və 20, 21, 25, 28, 73 və 75-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanları isə iyulun 13-14-də Naxçıvan Dövlət Universitetində təşkil olunacaq.

Qeyd edək ki, “Musiqi müəllimliyi” ixtisası üzrə 32 və 33-cü komissiyalarda qeydiyyatdan keçən abituriyentlərin qabiliyyət imtahanları iyulun 16-17-də keçiriləcək. Həmin komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini imtahana 5 gün qalmış çap edə biləcəklər.

Abituriyentlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, qabiliyyət imtahanına buraxılış vərəqəsini, həmçinin təsdiq olunmuş proqramı (30-cu komissiya - “Musiqişünaslıq” ixtisası istisna olmaqla) özləri ilə gətirməlidirlər.

Proqramda qeyd olunan əsərlərin imtahan zamanı dəyişdirilməsinə icazə verilmir. Əsər dəyişdirildiyi təqdirdə, abituriyentin (subbakalavrın) həmin əsər üzrə nəticəsi 0 balla qiymətləndiriləcək.

Abituriyentləri müşayiət edəcək konsertmeysterlər də müvafiq elektron sistemdə qeydiyyatdan keçərək buraxılış vərəqələrini çap etməlidirlər. Buraxılış vərəqəsi olmayan konsertmeysterlərin imtahan binasına girişinə icazə verilməyəcək.

Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış olmaq mümkündür. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri müəyyənləşdikcə cədvələ əlavə edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər