Meksika Birinci Futbol Qapalı Liqasının (Liga MX Clausura) 13-cü həftəsində "Leon"un futbolçusu Lukas Romeronu dizi ilə vuran hakim Fernando Hernandes 12 oyunluq cəzalanıb.
"Operativ Media" xəbər verir ki, hər iki komandanın baş məşqçisinin qovulduğu, 6 futbolçunun sarı vərəqə aldığı "Klub America" - "Leon" matçında yaşıl meydanlarda nadir hadisə yaşanıb. Bu dəfə azarkeşlər, oyunçular və ya komandaların texniki komitələrindən biri yox, hakim zorakılıq nümayiş etdirib.
Meksika Futbol Federasiyasından verilən açıqlamaya görə, nizam-intizam komitəsi hakim Fernando Hernandezin 12 oyunluq cəzalandırılmasına qərar verib.
"Kub Amerika"nın baş məşqçisi Fernando Ortiz, "Leon" klubunun baş məşqçisi Nikolas Larkamon və "Leon"un yarımmüdafiəçisi Romero hərəyə 2 oyunluq cəzalanıb.