2 gün əvvəl Xose Roxo Martinini istefaya göndərən "Valyadolid"in yeni baş məşqçisi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandaya Paulo Pezzolano baş məşqçilik edəcək. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
39 yaşlı mütəxəssisin son iş yeri ötən mövsüm İtaliya B seriyasını qazanan "Kruzeyro" olub.
Qeyd edək ki, "Valyadolid" hazırda La Liqanın turnir cədvəlində 28 xalla 16-cıdır.