05 Aprel 2023, 18:44
“Avro-2024”ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub

Futbol üzrə “Avro-2024”ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.
"Operativ Media" xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci konqresi zamanı mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.