Menyu

Elm və təhsil nazirinin müavini Türkiyə Təhsil Texnologiyaları Zirvəsi və Sərgisində çıxış edib

Operativ Media
Elm və təhsil nazirinin müavini Türkiyə Təhsil Texnologiyaları Zirvəsi və Sərgisində çıxış edib

26-28 iyun tarixlərində İstanbulda keçirilən Türkiyə Təhsil Texnologiyaları Zirvəsi və Sərgisi (TETZ 2026) təhsil, texnologiya və süni intellekt sahəsində dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri bir araya gətirib.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən  məlumata görə, zirvə çərçivəsində gələcəyin bacarıqları, təhsildə süni intellekt, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq mövzularında 30-a yaxın panel və müzakirə təşkil olunub. Tədbirdə 16 ölkənin təhsil nazirləri və nümayəndələri iştirak edib.

Azərbaycanı tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev təmsil edib. Zirvə çərçivəsində elm və təhsil nazirinin müavini İdris İsayev "Rəqəmsal dövrdə insanların təhsili: sülh, dəyərlər, kimlik və gələcək" mövzusunda çıxış edib. Nazir müavini süni intellekt dövründə təhsilin qarşısında duran əsas çağırışlardan və prioritetlərdən bəhs edərək vurğulayıb ki, texnologiyalar təhsil prosesini zənginləşdirsə də, müəllimin rolunu əvəz edə bilməz. Çünki müəllim yalnız bilik ötürən deyil, həm də dəyərlər formalaşdıran, xarakter və məsuliyyətli vətəndaş yetişdirən əsas şəxsdir.

Çıxış zamanı Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində insan kapitalının inkişafı, rəqəmsal bacarıqların gücləndirilməsi və gələcək nəsillərin yeni texnoloji dövrə hazırlanması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, ölkədə təhsilin rəqəmsal transformasiyası, STEAM təhsilinin genişləndirilməsi, elektron tədris resurslarının və süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat verilib.

Nazir müavini qeyd edib ki, müasir məktəblər şagirdlərdə tənqidi düşünmə, yaradıcılıq, əməkdaşlıq, problem həll etmə, rəqəmsal savadlılıq və süni intellektdən məsuliyyətli istifadə bacarıqlarını formalaşdırmalıdır. O bildirib ki, texnologiyalar iqtisadiyyatları dəyişsə də, gələcəyi formalaşdıran əsas amil keyfiyyətli təhsil və güclü insan kapitalıdır.

Qeyd edək ki, TETZ 2026-nın yekun bəyannaməsində təhsilin qlobal sülhün, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Zirvə təhsildə rəqəmsal transformasiya proseslərinin qiymətləndirilməsi, süni intellekt dəstəkli öyrənmə modellərinin müzakirəsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Eyni zamanda, təhsil texnologiyaları sahəsində ən son yeniliklərin paylaşılmasına və gələcəyə yönəlik siyasət təkliflərinin müzakirəsinə əhəmiyyətli töhfə verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər