Menyu

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Operativ Media
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır. 

Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, sənəd qəbulu elektron formada həyata keçiriləcək.

Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayacaq və 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.

Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər.

Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər