Menyu

Sertifikatlaşdırmada iştirak edən müəllimlərin 58 faizi uğur qazanıb

Operativ Media
Sertifikatlaşdırmada iştirak edən müəllimlərin 58 faizi uğur qazanıb

Elm və Təhsil Nazirliyi 2022–2026-cı illər üzrə müəllimlərin sertifikatlaşdırılması prosesinin yekun nəticələrini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu haqda "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə bildirilib 

Məlumata görə, keçirilən imtahanlarda ümumilikdə 104 435 müəllim iştirak edib. Onlardan 58%-i imtahandan uğurla keçib, 29%-i isə yüksək nəticə göstərib. 

İmtahanda iştirak edənlərin 4%-i birinci cəhddə, 9%-i isə ikinci cəhddə keçid balını toplaya bilməyib.

Nəticələrə əsasən, ümumilikdə 91 408 müəllimin maaşına əlavələr edilib. 

Belə ki, uğur qazanan təxminən 60 818 müəllimin əməkhaqqısına 10%, yüksək nəticə göstərən 30 590 müəllimin əməkhaqqısına isə 35% əlavə olunub.

Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin isə əmək müqaviləsinə xitam verilib.

Bundan başqa, 2026-cı il üzrə daha 20 229 nəfər müəllimin müsahibədə iştirak edəcəyi bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər