Bu il sertifikatlaşdırma imtahanlarına 16 938 müəllim cəlb olunub
Bu il sertifikatlaşdırma imtahanlarına ümumilikdə 16 938 müəllim cəlb olunub.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Fənlər üzrə iştirakçıların sayı və imtahan nəticələri belədir:
Tarix fənni üzrə imtahanda 5 571 müəllim iştirak edib. Onlardan 4 194 nəfəri uğur qazanıb, 1 377 nəfəri isə uğursuz nəticə göstərib. Bu fənn üzrə orta bal 39 olub.
Fiziki tərbiyə fənni üzrə 5 419 müəllim imtahan verib. Onların 4 516-sı uğurlu, 903-ü isə uğursuz nəticə əldə edib. Orta bal 41 kimi qeydə alınıb.
Texnologiya fənni üzrə imtahana qatılan 2 948 müəllimdən 2 555-i uğur qazanıb, 393-ü isə uğursuz olub. Bu fənn üzrə orta nəticə 45 bal təşkil edib.
Təsviri incəsənət fənni üzrə 1 689 müəllim iştirak edib. Onlardan 1 405 nəfəri imtahandan keçib, 284 nəfəri isə keçə bilməyib. Orta bal 43 olub.
Musiqi fənni üzrə isə imtahan verən 1 311 müəllimdən 1 041-i uğur qazandığı halda, 270-i uğursuz nəticə göstərib. Bu fənn üzrə orta bal 40 olaraq müəyyənləşib.
dəqiqələr içində saytın olsun.