Menyu

Müəllimlərin neçə faizi 2000 manatdan çox maaş alır? – Rəsmi rəqəmlər

Nərmin Qocamanlı
Müəllimlərin neçə faizi 2000 manatdan çox maaş alır? – Rəsmi rəqəmlər

Müəllimlərin 39%-i (45 126 nəfər) ayda 500-1000 manat arasında əməkhaqqı alır. Onların həftəlik orta dərs yükü 17 saat təşkil edir. 

Operativ Media xəbər verir ki, bu haqda "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə bildirilib.

Bildirilib ki, müəllimlərin 36 faizi isə 1000-1500 manat arası maaş alır ki, onlar həftədə orta hesabla 25 saat dərs keçirlər.

Ən aşağı maaş alan 12%-lik qrup (14 372 nəfər) ayda 500 manata qədər qazanır. Bunun da əsas səbəbi onların həftəlik dərs saatının cəmi 8 saat olmasıdır.

Dərs yükü artdıqca maaşlar da yüksəlir. Belə ki, həftədə orta bərabərliklə 31 saat dərs deyən müəllimlər (14 228 nəfər) 1500-2000 manat arası, ən yüksək dərs yükünə – yəni həftəlik 34 saata malik olan 1%-lik qrup (1 426 nəfər) isə hər ay 2000 manat və daha yuxarı əməkhaqqı alırlar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər