Nazir məktəblərdəki telefon qadağasından danışıb
Operativ Media
Dərs prosesi zamanı şagirdlərin diqqətinin tam şəkildə tədrisə yönəlməsi prioritetlərdən biridir. Bu baxımdan, 45 dəqiqəlik dərs müddətində mobil telefonlardan istifadəyə yol verilməməli, dərs zamanı telefonlardan istifadə qadağan olunmalıdır.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib.
"Bu yanaşma şagirdlərin diqqətinin yayınmasının qarşısını almağa, tədrisin keyfiyyətinin yüksəldilməsinə və sinifdə nizam-intizamın daha səmərəli təmin edilməsinə xidmət edir. Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net