"Real Madrid" İspaniya Kubokunda finala yüksəldi
Əziz Əzizli
İspaniya Kubokunda finala yüksələn ikinci komanda da məlum olub.
"Operativ Media" xəbər verir ki, "Osasuna"dan sonra "Real" həlledici oyuna vəsiqə qazanıb.
"Real" yarımfinal görüşündə əzəli rəqibi "Barselona"nı mübarizədən kənarlaşdırıb. İlk oyunda rəqibinə 0:1 hesabıyla uduzan madridlilər cavab görüşündə darmadağınla qələbə qazanaraq, adını finala yazdırıb.
"Real" finalda "Osasuna" ilə üz-üzə gələcək.
İspaniya Kuboku
Yarımfinal mərhələsi
Barselona - Real - 0:4
Qollar: V.Junior, 45+1, K.Benzema, 50, 58 (pen.), 81
İlk oyun - 1:0.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net