06 Aprel 2023, 09:55
Musa Qurbanlı məhsuldar futbolçuların siyahısında - FOTO
Musa Qurbanlı məhsuldar futbolçuların siyahısında - FOTO şəkil
Musa Qurbanlı məhsuldar futbolçuların siyahısında - FOTO

"beİN Sports Türkiye" portalı Avropanın TOP-5 çempionatlarından və Türkiyə Super Liqasından kənarda bu mövsüm yaşı 21-dən az olan ən məhsuldar futbolçuların siyahısını hazırlayıb.

"Operativ Media" xəbər verir ki, "gözlərdən uzaqda ulduzlaşan performanslar" başlıqlı siyahıda "Qarabağ"ın hücumçusu Musa Qurbanlının da adı qeyd olunub. 20 yaşlı forvardın bu mövsüm 31 oyunda 22 qol vurduğu qeyd olunub.

Siyahıda "Kopenhagen"dən Hekon Haraldsson (19 yaş), "Feyenoord"dan Santiaqo Ximenes (21), PSV-dən Xavi Simons (19), "Yunion"dan Simon Adinqra (21), "Alkmaar"dan Miloş kerkes (19), "Seltik"dən Liel Abada (21), "Norşelland"dan Ernest Numah (19) yer alıb.

Qurbanlı qol sayında siyahıda olan bütün futbolçuları qabaqlayıb.

Sözügedən futbolçuların "transfermarkt"da dəyərləri:

Xavi Simons - 30 milyon avro

Miloş Kerkes - 10 milyon avro

Santiaqo Ximenes - 9 milyon avro

Liel Abada - 7 milyon avro

Simon Adinqra - 6 milyon avro

Hekon Haraldsson - 2 milyon avro

Ernest Numah - 1,5 milyon avro

Musa Qurbanlı - 600 min avro

Son xəbərlər
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər
ABŞ-də güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub