Lempard "Çelsi" ilə anlaşmaq üzrədir

Əziz Əzizli
Lempard "Çelsi" ilə anlaşmaq üzrədir

"Çelsi"nin yeni baş məşqçisi məlum olub.

"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, "zadəganlar"ı mövsümün sonuna qədər müvəqqəti Frenk Lempard çalışdıracaq. Tərəflər arasında artıq razılıq əldə olunub və yaxın zamanda təyinat açıqlanacaq.

"Çelsi" yeni mövsüm üçün baş məşqçi postuna Luis Enrike və ya Yulian Naqelsmannı gətirmək istəyir. Klub rəhbərliyi hər iki mütəxəssislə danışıqlar aparır.

Lempard 2019-cu ilin iyunundan 2021-ci ilin yanvarında qədər "zadəganlar"ı çalışdırıb.

Digər xəbərlər