Menyu

Azərbaycanın peşə təhsili müəssisələrinin nümayəndələri Çində beynəlxalq uğura imza atıblar

Operativ Media
Azərbaycanın peşə təhsili müəssisələrinin nümayəndələri Çində beynəlxalq uğura imza atıblar

Azərbaycanın peşə təhsili müəssisələrinin nümayəndələri Çinin Quançjou şəhərində keçirilən beynəlxalq Bacarıqlar üzrə Yarışda uğurlu nəticə əldə ediblər.

Bu barədə Operativ Media-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin elektronika ustası ixtisası üzrə məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzində dronların texniki xidməti və təmiri üzrə mütəxəssis ixtisasında təhsil alan Rauf Mirzəyev Çinin Quançjou şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində təşkil olunan Bacarıqlar üzrə Yarışda “Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti” kateqoriyası üzrə III yerə layiq görülüblər.

Ümumilikdə 34 üzv və müşahidəçi dövləti bir araya gətirən yarışın məqsədi bacarıqların inkişafı və texniki əməkdaşlığın təşviqi vasitəsilə AQEM-ə üzv və müşahidəçi dövlətlər arasında qarşılıqlı etimadın, əməkdaşlığın və insanlararası əlaqələrin gücləndirilməsidir. Yarış, həmçinin mütəxəssislər üçün bilik və bacarıqların artırılması, qabaqcıl təcrübə mübadiləsi, innovasiyaların təşviqi və qarşılıqlı öyrənmə baxımından mühüm platforma hesab olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər