Menyu

Xaricdə təhsil alan şagirdin Azərbaycanda məktəbə qəbulu necə həyata keçirilir?

Ayşən Sadıxzadə
Xaricdə təhsil alan şagirdin Azərbaycanda məktəbə qəbulu necə həyata keçirilir?

Xaricdə təhsil alan şagirdlərin Azərbaycanda məktəbə qəbulu tamamilə rəqəmsal platformalar və mövcud hüquqi prosedurlar əsasında həyata keçirilir.

Bu sözləri Operativ Media-ya Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, ilk mərhələ sənədlərin hazırlanmasıdır. Bunun üçün xarici məktəb tərəfindən verilmiş rəsmi transkript və qiymət cədvəli alınmalıdır. Həmin sənədlər Azərbaycan dilinə tərcümə olunmalı və qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiqlənməlidir. Bundan əlavə, şagirdin şəxsiyyət vəsiqəsi, xarici vətəndaş olduğu halda isə miqrasiya sənədləri də təqdim edilməlidir:

“Növbəti mərhələ elektron sistemdə qeydiyyatdır. Bu proses siniflər üzrə fərqlənir. Birinci sinfə qəbul zamanı valideynlər məktəbəqəbul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək müraciət etməlidirlər.

İkinci sinifdən on birinci sinfədək qəbul zamanı isə əvvəlcə valideyn və ya qanuni nümayəndə sənədlərlə birlikdə seçdiyi məktəbə müraciət etməlidir. Məktəb tərəfindən şagird üçün mərkəzi məlumat bazasında unikal şagird kodu (Şagird ÖTƏS kodu) yaradılır. Bundan sonra sy.edu.az elektron yerdəyişmə sistemi vasitəsilə müraciət edilir.

Əgər şagird tədris dili rus və ya ingilis olan sinifdə təhsil almaq istəyirsə, o, Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan dil biliyinin qiymətləndirilməsi mərhələsindən keçməlidir.

Bundan başqa, xarici ölkədə tətbiq olunan kurikulumla Azərbaycan təhsil proqramı arasında ciddi fərqlər müəyyən edilərsə, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası şagirdin bilik səviyyəsini qiymətləndirərək onun hansı sinfə qəbul olunacağı barədə qərar verir.

Hazırda yay ayları olduğundan məktəbə qəbul və yerdəyişmə müraciətləri xüsusilə aktuallaşır. Buna görə də valideynlərə tövsiyə olunur ki, bütün mərhələləri ardıcıllıqla və rəsmi elektron platformalar vasitəsilə həyata keçirsinlər. Bu, həm vaxt itkisini aradan qaldıracaq, həm də qəbul prosesinin problemsiz tamamlanmasına kömək edəcək”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər