Menyu

İdarə rəisi: Azərbaycanda məktəblərin 63 faizi yüksəksürətli internetlə təmin olunub

Operativ Media
İdarə rəisi: Azərbaycanda məktəblərin 63 faizi yüksəksürətli internetlə təmin olunub

Azərbaycanda ümumtəhsil məktəblərinin 63 faizi yüksəksürətli internetlə təmin edilib və həmin məktəblərdə ölkə üzrə şagirdlərin 80 faizi təhsil alır.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, məktəblərdə internet infrastrukturunun genişləndirilməsi həm təhsilin idarə olunmasına, həm də tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə mühüm dəstək verir.

V.Xanlarov bildirib ki, növbəti mərhələdə bütün təhsil müəssisələrinin etibarlı və sürətli internetə çıxışının təmin olunması istiqamətində işlər davam etdiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər