08 Aprel 2023, 19:50
Fərid Qayıbov MMA döyüşçülərini qəbul edib
Fərid Qayıbov MMA döyüşçülərini qəbul edib şəkil
Fərid Qayıbov MMA döyüşçülərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüləri Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevi qəbul edib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, o, idmançıların beynəlxalq yarışlarda iştirakı və onların qarşıdakı turnirlərə hazırlıq prosesi ilə maraqlanıb.

Görüşdə döyüşçülərin təlim-məşqləri, yarışlarda iştirakı və eləcə də uğurlu xarici təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiəsi aparılıb.

Beynəlxalq turnirlərə hazırlıq barədə məlumat verən Əfəndiyev bildirib ki, hazırda əsas diqqət iyulun 29-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa yönəlib.

Son xəbərlər
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib