Menyu

İxtisas seçimi zamanı abituriyentlərin etdiyi səhvlər hansılardır?

Ayşən Sadıxzadə
İxtisas seçimi zamanı abituriyentlərin etdiyi səhvlər hansılardır?

Qəbul imtahanlarının nəticələrinin elan olunmasından sonra abituriyentlər üçün ən vacib mərhələlərdən biri ixtisas seçimidir. Bu prosesdə verilən qərarlar təkcə ali təhsil almaq imkanını deyil, həm də gələcək peşə fəaliyyətini və karyera istiqamətini müəyyənləşdirir.

Mövzu ilə bağlı Operativ Media-ya təhsil eksperti Elçin Əfəndi danışıb. 

O bildirib ki, abituriyentlər ixtisas seçimi zamanı yalnız topladıqları bala deyil, gələcək karyera imkanlarına da diqqət yetirməlidirlər:

“İxtisas seçərkən ən vacib məsələ ilk növbədə dövlət sifarişi əsasında qəbul olmaq ehtimalını düzgün qiymətləndirməkdir. Əgər bu mümkün deyilsə, o zaman seçilən ixtisasın əmək bazarında tələbat görən sahələrdən olmasına üstünlük verilməlidir.

Cəmiyyətdə hələ də "təki diplom olsun" yanaşması geniş yayılıb. Bəzi hallarda ailələr əmək bazarında perspektivi zəif olan və ya ailə büdcəsinə ciddi yük gətirən ixtisaslara üstünlük verirlər. Bu isə sonradan həm məzunların iş tapmaq imkanlarını məhdudlaşdırır, həm də maddi çətinliklər yaradır.

İxtisas seçimi zamanı yalnız şəxsi istək deyil, gələcək məşğulluq imkanları, ölkənin əmək bazarının tələbatı və ailənin maliyyə imkanları da nəzərə alınmalıdır. Səhv seçim ehtimalını azaltmaq üçün isə abituriyentlər və valideynlər bu sahədə uzun illər təcrübəsi olan təhsil ekspertlərinin məsləhətlərindən yararlanmalıdırlar”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər