Menyu

“Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq

Operativ Media
“Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq

Azərbaycanda “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq.

Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçı qurum isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. 2026–2029-cu illər ərzində “Peşələr üzrə elektron atlas”ın məzmunu və strukturu ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək və bunun əsasında müvafiq informasiya sistemi yaradılacaq.

Sənədə əsasən, elektron atlas istifadəyə verildikdən sonra təhsil, peşə təlimi və əmək bazarı iştirakçıları arasında məlumatlandırma tədbirləri həyata keçiriləcək. Eyni zamanda, informasiya sistemi peşələrin siyahısı və məzmununda baş verən dəyişikliklərə uyğun olaraq mütəmadi yenilənəcək.

Yeni informasiya sisteminin əsas məqsədlərindən biri işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud peşələr barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına inteqrasiyasını gücləndirmək və uyğun karyera imkanlarını genişləndirməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər