Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Operativ Media
2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üzrə məktəb seçiminə başlanılır.
Bu barədə Operativ Media-ya MÜTDA-dan məlumat verilib.
Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.
Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir və 14 sentyabr saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net