Ana səhifə / İdman / Kriştiano Ronaldo oynadı, komandası xal itirdi Kriştiano Ronaldo oynadı, komandası xal itirdi 10.04.2023, 10:03 Əziz Əzizli Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr" Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb. "Operativ Media" xəbər verir ki, Riyad təmsilçisi XXIII turda səfərdə "Əl Feyha" ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Ronaldo bu oyunda start heyətdə meydana çıxıb və sona qədər oynayıb. "Əl Nəsr" çempionatda 53 xalla ikinci sıradadır və lider "Əl Hilal"dan 3 xal geri qalır. Yanvarda Səudiyyə Ərəbistanı klubuna keçən Ronaldo çempionatda 11 qol vurub. Teqlər: "Kriştiano Ronaldo oynadı komandası xal itirdi"
04.03.2026, 12:44 DİM Doktorantların xarici dil və əcnəbilərin Azərbaycan dili imtahanının nəticələrini elan edib