Menyu

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

Operativ Media
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
1 dəq oxu

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“İspaniyada baş verən faciəvi qatar qəzasından dərin kədər hissi duydum. Baş nazir Pedro Sançesə, zərərçəkənlərin ailələrinə və İspaniya xalqına səmimi başsağlığı verirəm. Yaralanan hər kəsə tezliklə şəfa diləyirəm”, – deyə İlham Əliyev paylaşımında bildirib.

Əlaqəli Xəbərlər