Menyu

Məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb

Operativ Media
Məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb
1 dəq oxu

Paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.

Operativ Media xəbər verir ki, hadisəni törədən şəxslər polis tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Yasamal rayonu 225 saylı məktəbdə 7-ci sinif şagirdi pəncərədən düşərək ölüb.

Real TV və Space TV-nin əməkdaşları hadisə ilə əlaqədar məktəbə gedib, çəkiliş apararkən bir qrup şəxsin hücumuna məruz qalıb.

Polisin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Hadisə nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əlaqəli Xəbərlər