Menyu

FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb

Operativ Media
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
1 dəq oxu

ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb.

Operativ Media xəbər verir ki, tənzimləyici qurum dərəcəni 3,75 %-4 % diapazonunda saxlayıb.

Pul-kredit siyasətinin dəyişməz saxlanmasının lehinə 10, əleyhinə isə iki nəfər səs verib.

"Komitə bank sistemində kifayət qədər ehtiyatların saxlanılması siyasətini yürütməyə davam edir. İqtisadi fəallıq sürətlə artır. Qismən geosiyasi hadisələrin səbəb olduğu davamlı qeyri-müəyyənliyə baxmayaraq, daxili xərclər sabit olaraq qalır. Məhsuldarlığın və kapital qoyuluşlarının əhəmiyyətli dərəcədə artımı müşahidə olunur. İş yerlərinin sayı işçi qüvvəsinin sayına mütənasib olaraq artır, işsizlik səviyyəsi isə, demək olar, dəyişməyib", - qurumun bəyanatında bildirilib.

Əlaqəli Xəbərlər