Menyu

Husilərin hücumu nəticəsində Səudiyyə Ərəbistanında 11 nəfər xəsarət alıb

Operativ Media
Husilərin hücumu nəticəsində Səudiyyə Ərəbistanında 11 nəfər xəsarət alıb

​"Ənsar Allah" hərəkatına mənsub husilərin Səudiyyə Ərəbistanının Nəcran şəhərinə təşkil etdiyi hücum nəticəsində aralarında qadın və dördyaşlı uşağın da olduğu 11 dinc sakin yaralanıb.

​Operativ Media xəbər verir ki, bu barədə ərəb koalisiyasının rəsmi nümayəndəsi briqada generalı Turki əl-Maliki "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

​Məlumata görə, cümə axşamı günü baş verən hücum zamanı xəsarət alanların 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Onların arasında ikinci dərəcəli yanıq xəsarəti alan dördyaşlı uşaq və bir qadın var. Digər zərərçəkənlərdən biri Yəmən, ikisi Misir, biri isə Pakistan vətəndaşıdır.

​General əl-Malikinin sözlərinə görə, husilər mülki obyektləri hədəf almaqla beynəlxalq humanitar hüquq normalarını pozublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər