Menyu

PSJ "Çelsi"nin müdafiəçisi Malo Qüstonu transfer etmək istəyir

Operativ Media
PSJ "Çelsi"nin müdafiəçisi Malo Qüstonu transfer etmək istəyir
1 dəq oxu

Fransanın PSJ klubu "Çelsi"nin və Fransa milli komandasının müdafiəçisi Malo Qüstonu heyətinə qatmaq imkanlarını dəyərləndirir.

​Operativ Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

​Məlumata görə, Paris təmsilçisi 23 yaşlı futbolçunu Əşrəf Hakimi ilə rəqabət aparacaq heyət oyunçusu kimi nəzərdən keçirir. Komandanın baş məşqçisi Luis Enrikenin fransalı müdafiəçinin namizədliyini bəyəndiyi bildirilir.

​London təmsilçisinin bu keçid müqabilində 88 milyon avro təzminat tələb etdiyi iddia olunub.

​Qeyd edək ki, Qüsto 2025/2026-cı illər mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 45 qarşılaşmada 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçi DÇ-2026-nın 5 matçında da forma geyinib.

Əlaqəli Xəbərlər