Menyu

Pezeşkian: Azərbaycan müharibə zamanı İrana dəstək oldu

Operativ Media
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana dəstək oldu

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla müharibə dövründə yaranmış məsələlərə toxunaraq Bakının Tehrana dəstək verdiyini bildirib.

Operativ Media xəbər verir ki, Pezeşkian qeyd edib ki, “12 günlük müharibə” zamanı region ölkələrinin İsrail və ABŞ-ı qınaması əvvəlki dövrlərdən fərqli vəziyyət yaradıb.

Onun sözlərinə görə, hazırda İranın region ölkələri ilə əlaqələri yaxşılaşır. Pezeşkian Əfqanıstan, Pakistan və Türkmənistanla əməkdaşlığın yaxşı səviyyədə olduğunu deyib.

İran Prezidenti Azərbaycanla bağlı bildirib ki, müharibə zamanı malların daşınması üçün yollar və İran bankı bağlansa da, aparılan telefon danışığından sonra iki saat ərzində yolların, bankın və səfirliyin fəaliyyəti bərpa olunub.

Pezeşkian həmçinin vurğulayıb ki, müharibə zamanı Azərbaycan İrana, o cümlədən Rusiya və Azərbaycan mallarının daşınması məsələsində kömək və dəstək göstərib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər