I Divizionda mübarizə aparan "Araz Naxçıvan" Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.
"Operativ Media" xəbər verir ki, MOİK-in XXIV turda "Qəbələ"nin əvəzedici komandasına uduzması ilə Naxçıvan təmsilçisinin elitaya vəsiqəsi rəsmiləşib.
Hazırda 54 xalla lider olan "Araz Naxçıvan" sona 6 tur qalmış MOİK-i 16 xal qabaqlayır. MOİK qarşıdakı bir turu buraxacaq və 5 oyuna mümkün 15 xalı qazansa da, liderliyə yüksələ bilməyəcək.
Divizionda 24 turdan sonra ikinci sırada 46 xalla "Neftçi", üçüncüdə isə 38 xalla "Qəbələ"nin əvəzedici komandası qərarlaşır.