Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turnirin favoritlərindən olan "Mançester Siti" və "Bavariya" İngiltərədə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb - 3:0.
Günün digər oyununda "Benfika" Portuqaliyada İtaliya "İnter"inə uduzub - 0:2
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
11 aprel
Benfika (Portuqaliya) - İnter (İtaliya) - 0:2
Qollar: N.Barella, 51, R.Lukaku, 82 (pen.)
Mançester Siti (İngiltərə) - Bavariya (Almaniya) - 3:0
Qollar: Rodri, 28, B.Silva, 70, Erlinq Holann, 77