http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Musa Qurbanlı İtaliya A Seriyası klubunun hədəfində

12 Aprel 2023 , 11:23
Musa Qurbanlı İtaliya A Seriyası klubunun hədəfində

Qarabağ"ın və millimizin hücumçusu Musa Qurbanlı karyerasını İtaliyada davam etdirə bilər.

"Operativ Media"  “footballnews24.it" saytına istinadən xəbər verir ki, gənc istedad axtarışında olan A seriyası təmsilçisi "Torino"da diqqətlər Qurbanlıya yönəlib.

Məlumata görə, bu işlə Turin klubunun idman direktoru və skaut şöbəsinin rəhbəri Davide Vaqnati özü məşğul olur. 

"Torino"nun xorvat baş məşqçisi İvan Yuriçin komandaya Balkan ölkələrindən bir neçə istedadlı oyunçu gətirdiyi və yeni kəşflər axtarışında olduğu bildirilib. 

İtaliyanın "Tutto Mercato" nəşrində isə Musa Qurbanlının bu mövsüm Premyer Liqada 20 qol vuraraq komandasını çempionluğa doğru aparması, "Torino"nun sabiq çalışdırıcısı Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisində də debüt etməsi və qol vurması qeyd olunub.

Xəbərdə 21 yaşlı hücumçu ilə Türkiyə klublarının da maraqlandığı vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
ÇL: PSJ qələbə qazandı, "Mançester Siti" heç-heçə etdi

ÇL: PSJ qələbə qazandı, "Mançester Siti" heç-heçə etdi

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

"Neftçi" isveçli mütəxəssislə yollarını ayırdı

"Neftçi" isveçli mütəxəssislə yollarını ayırdı

XƏBƏR LENTİ
  • 06:07

    ÇL: PSJ qələbə qazandı, "Mançester Siti" heç-heçə etdi
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
Menyu