12 Aprel 2023, 12:11
Ağır atletika üzrə Azərbaycan millisi Ermənistana gedəcək
Ağır atletika üzrə Azərbaycan millisi Ermənistana gedəcək şəkil
Ağır atletika üzrə Azərbaycan millisi Ermənistana gedəcək

Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının rəsmisi Kənan Məstəliyev məlumat verib.

Yığma komandamız qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq. Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.

Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.

Son xəbərlər
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib