Mauro İkardinin transfer qiyməti bəlli oldu

Əziz Əzizli
Mauro İkardinin transfer qiyməti bəlli oldu

"Qalatasaray" PSJ-dən icarəyə götürdüyü Mauro İkardinin transferi üçün PSJ ilə əlaqə saxlayıb. Argentinalı ulduzun mümkün transfer qiyməti də məlum olub.

"Operativ Media" xəbər verir ki, "Qalatasaray"ın PSJ-dən icarəyə götürdüyü Mauro İkardi xüsusilə böyük matçlardakı çıxışı ilə azarkeşlərin könlünü fəth edib.

PSJ-dən heyətə qatılan Mauro İkardinin müqaviləsi 2023-cü ilin iyununda başa çatır. “Qalatasaray” azarkeşlərinin sevgisini qazanan Mauro İkardi ölkəsinin mətbuatına danışaraq, gələcəyi ilə bağlı qərarını açıqlayıb. O, "Qalatasaray" klubunda qalmaq istədiyiilni, burada xoşbəxt olduğunu bildirib.

Fransa mətbuatında gedən xəbərə görə, Mauro İkardini transfer etmək istəyən klub 10 milyon avrosundan keçməlidir.

Ulduz futbolçu Qalatasarayda 17 matçda 10 qol vurub. Argentinalı futbolçu “Nef” stadionunda “Qalatasaray”ın 600-cü qolunu vuraraq sarı-qırmızılıların tarixinə düşüb.

Digər xəbərlər