“İnter” Kurtis Cons üçün 30 milyon avroluq təklif hazırlayır
İtaliyanın "İnter" klubu "Liverpul"un yarımmüdafiəçisi Kurtis Consun transferi ilə bağlı İngiltərə təmsilçisinə növbəti təklifi təqdim etməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, tanınmış insayder Nikolo Skiranın məlumatına görə, Milan təmsilçisi ingilis futbolçu üçün bonuslar nəzərə alınmadan təxminən 30 milyon avro ödəməyə qərarlıdır. Transfer məsələsi ilə əlaqədar klublar arasındakı birbaşa danışıqların cari həftə ərzində baş tutacağı gözlənilir.
Məlumata görə, yarımmüdafiəçi "neradzurri"lərlə 2031-ci ilin yayına qədər olan şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Buna baxmayaraq, mersisaydlılar öz yetirməsi üçün 40 milyon avrodan çox məbləğ əldə etmək istəyirlər. Qeyd edək ki, Kertis Cons "Liverpul"un əsas komandasındakı debütünü 2019-cu ilin yanvarında, 17 yaşı olarkən reallaşdırıb və həmin vaxtdan bəri bu klubun heyətində bütün turnirlərdə 228 matçda qüvvəsini sınayaraq 22 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə mövcud sözləşməsinin müddəti daha bir il nəzərdə tutulub.