Rassel: “LeBron Ceyms NBA tarixinin ən dahi basketbolçusudur”
Operativ Media
"Memfis Qrizzlis"in oyun qurucusu Diancelo Rassel "Filadelfiya Siksers"in bir neçə liqa ulduzunu özündə birləşdirən yenilənmiş heyətini yüksək dəyərləndirib.
Operativ Media xəbər verir ki, "The Backyard Podcast"da çıxış edən idmançı komandanın yeni üzvü LeBron Ceymsin NBA tarixinin ən dahi basketbolçusu olduğunu qeyd edib.
O, Coel Embiidin sabiq MVP, Ceylen Braunun isə final MVP-si tituluna sahib olduğunu, həmçinin Maksinin uğurlu mövsüm arxada qoyduğunu və Ectombun heyətdə yer aldığını diqqətə çatdıraraq komandanın heç bir hüdudunun olmadığını bildirib. Xatırladaq ki, LeBron Ceyms 2018-ci ildən bəri çıxış etdiyi "Los-Anceles Leykers"i 2026-cı ilin yayında tərk edərək "Filadelfiya" klubuna keçib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net