Bu gün Klublar Komitəsinin iclası keçiriləcək
Əziz Əzizli
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Assosiasiya bu barədə öncədən xəbər verməsə də, klub nümayəndələrindən görüşün vaxtını və yerini dəqiqləşdirə bildik.
"Operativ Media" xəbər verir ki, sonuncu dəfə ötən il bir araya gələn komitə 2023-dəki ilk iclasını “Fairmont” otelində reallaşdıracaq. Saat 17:0-da başlayacaq görüşün dəqiq gündəliyi yoxdur. Müzakirələr əsasən klublara ayrılan illik 3 milyon manatın xərclənmə istiqamətləri barədə olacaq. Çünki klubların bəzilərində uşaq futbolu üçün nəzərdə tutulan vəsaitin fərqli məqsədlərə yönəldilməsi barədə informasiyalar var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net