Menyu

"Çelsi"nin sabiq hücumçusu Səudiyyə Ərəbistanı klubuna keçdi

Operativ Media
"Çelsi"nin sabiq hücumçusu Səudiyyə Ərəbistanı klubuna keçdi

Londonun “Çelsi” klubunun sabiq hücumçusu karyerasını Səudiyyə Ərəbistanı təmsilçisində davam etdirəcək.

​Operativ Media xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu yeni komandasına azad agent statusu ilə qoşulub.

​Qeyd edək ki, təcrübəli forvard 2025-ci ilin fevral ayından etibarən Almaniyanın “Ayntraxt” klubunun formasını geyinib. O, Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 21 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.

​Karyerası ərzində bir sıra tanınmış Avropa klublarında çıxış etmiş hücumçu daha əvvəl “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Çеlsi”, “Kristal Pelas”, “Valensiya”, “Borussiya” (Dortmund), “Marsel” və Belçikanın “Standard” komandalarının şərəfini qoruyub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər