Menyu

Xırdalanda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub

Operativ Media
Xırdalanda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub
Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AYNA-dan Operativ Media-ya verilən xəbərə görə, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

Bildirilib ki, E2 nömrəli marşrut “20 Yanvar” metrostansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə, Mehdi Hüseynzadə küçələri ilə fəaliyyət göstərir. Başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində təşkil edilib.

Qeyd edilib ki, 135 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi Mehdi Hüseynzadə küçəsi olmaqla Heydər Əliyev prospekti ilə hərəkət edir.

517 nömrəli marşrut iki istiqamət üzrə fəaliyyət göstərir:

1-ci istiqamət Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi) – Həsən Əliyev küçəsi (dairəvi hərəkət),

2-ci istiqamət isə başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə Heydər Əliyev prospektidir.

515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə fəaliyyət göstərir.

535 nömrəli marşrutun son dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığına təşkil edilib.

592 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığına təşkil olunub.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər