12 Aprel 2023, 19:29
Region idmançıları üçün təlim-məşq toplanışı təşkil edilib
Region idmançıları üçün təlim-məşq toplanışı təşkil edilib şəkil
Region idmançıları üçün təlim-məşq toplanışı təşkil edilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində 10 apreldən etibarən 15 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir. 50-ə yaxın yeniyetmə idmançının iştirak etdiyi təlim-məşq toplanışı 18 aprelə qədər davam edəcək.

"Operativ Media" xəbər verir ki, təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilir. Təlim-məşq toplanışı 23-26 may tarixlərində keçiriləcək 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır. 

Təlim-məşq toplanışı çərçivəsində 10-11 apreldə ACF-in müşaviri Natiq Bağırov, ACF-in hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və Respublika dərəcəli hakim Nuranə Muradova tərəfindən məşqçilər və yeniyetmə cüdoçular üçün seminar keçirilib. Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar iştirakçıların diqqətinə çatdırılıb. Hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər və qaydalar əyani şəkildə nümayiş etdirilib. İdmançıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb.

Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun hər tərəfli inkişafı üçün müvafiq tədbirləri davam etdirəcək. 

Son xəbərlər
MN həftəlik icmalını yayıb - VİDEO
23 Mart 2025, 15:27
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?