Menyu

Turizmdən 40 faizlik real artım gözlənilir – Yeni Dövlət Proqramı

Nərmin Qocamanlı
Turizmdən 40 faizlik real artım gözlənilir – Yeni Dövlət Proqramı

Azərbaycanın turizm gəlirləri iki dəfə artaraq 6,3 milyard manata çatacaq

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı tərkibində iqtisadi artım üzrə iddialı hədəflər müəyyən edilib.

Bunu da oxu: Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Proqramın icrası nəticəsində 2030-cu ilə qədər xarici turistlərin ölkədə xərclədiyi vəsaitin həcminin iki dəfəyə yaxın artaraq 6,3 milyard manata çatdırılması planlaşdırılır.

Sənədə əsasən, turizm sektorunun qeyri-neft-qaz ÜDM-dəki payı 8,6 faizə yüksələcək. Həmçinin, turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6,9 milyard manatlıq baza göstəricisindən 12,1 milyard manata qaldırılması nəzərdə tutulur ki, bu da 40 faizə yaxın real artım deməkdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər