Endrik "Real Madrid"də qalmağa qərar verdi
İngiltərənin "Liverpul" klubu "Real Madrid"in hücumçusu Endriki heyətinə qatmaqda maraqlıdır.
Operativ Media xəbər verir ki, Braziliya milli komandasının üzvü Madrid təmsilçisində qalmaq qərarına gəldiyi üçün transfer təklifini müzakirə etməkdən imtina edib.
ESPN-in məlumatına görə, 20 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Transfermarkt portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Qeyd edək ki, gənc hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib. O, Fransa təmsilçisinin heyətində çıxış etdiyi 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, braziliyalı futbolçu 2026-cı il dünya çempionatında 4 qarşılaşmada meydana çıxsa da, məhsuldar hərəkətlərlə yadda qalmayıb.
dəqiqələr içində saytın olsun.