Menyu

Avtomobilin aşması ananın ölümünə səbəb oldu

Operativ Media
Avtomobilin aşması ananın ölümünə səbəb oldu
1 dəq oxu
Salyanda yol qəzası olub, ölən və yaralanan var.

Operativ Media xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Nəticəndə sürücü 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər