Menyu

Bərdədə yaşlı kişi elektrik cərəyanından ölüb

Operativ Media
Bərdədə yaşlı kişi elektrik cərəyanından ölüb
1 dəq oxu
Bərdədə fərdi təsərrüfatda baş verən bədbəxt hadisə ölümlə nəticələnib.

Operativ Media xəbər verir ki, hadisə Mollalı kəndində baş verib.

Hadisə zamanı 1972-ci il təvəllüdlü Mahir Həsənov tövlədə mal-qaranı yemlədiyi vaxt elektrik naqilinin açıq hissəsinə toxunub.

Ağır xəsarət alan şəxs həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər