Menyu

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatında finala yüksəldilər

Operativ Media
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatında finala yüksəldilər
1 dəq oxu

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U20 dünya çempionatında mühüm uğura imza ataraq həlledici görüşə vəsiqə qazanıblar.

​Operativ Media xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova macarıstanlı rəqibi Eda Balaşa üzərində tam üstünlüklə (11:0) qələbə qazanaraq final mərhələsinə adlayıb.

​Eyni uğura 57 kiloqram çəkidə qüvvəsini sınayan digər təmsilçimiz Günay Qurbanova da imza atıb. O, hindistanlı idmançı Tanvi Qundeş Maqdumanı "tuş" ilə məğlub edərək dünya çempionatının finalına yüksəlib.

Əlaqəli Xəbərlər