Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Nurlan Novruzun yeni klubu məlum olub.
"Operativ Media" xəbər verir ki, 30 yaşlı hücumçu Litva "Yonava"sına keçib.
Komanda Litva çempionatında 5 turdan sonra 0 xalla sonuncudur.
Novruzov buna qədər Nepalın "Maçindra", "Lalitpur", Estoniyanın "Narva-Trans", Moldovanın "Dinamo-Avto", Türkiyənin "Şanlıurfa", "Dersim" kimi klublarında çıxış edib.
Forvard Azərbaycanda "Sumqayıt", "Zirə", "Səbail" və "Bakı"nın formasını geyinib.