Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq
Noyabrın 18–19-da Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktik konfransı keçiriləcək.
İnstitutdan Operativ Media-ya bildirilib ki, konfransın əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması istiqamətində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrini müzakirə etmək, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirlərini qiymətləndirmək, eləcə də biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmaların tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.
Konfransın elmi istiqamətləri biomüxtəlifliyin qorunması, davamlı istifadəsi və ekosistemlərin idarə olunması, iqlim dəyişiklikləri, antropogen təsirlər, adaptasiya və insan-ekosistem qarşılıqlı əlaqələri, biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmalar: genetik, parazitoloji və riyazi modelləşdirmə mövzularını əhatə edir.
Konfransın iş dilləri Azərbaycan və ingilis dilləridir. Konfrans materiallarında dərc olunması üçün məqalələr əsas tematik istiqamətlərə uyğun hazırlanmalı və 2–3 səhifə həcmində elektron formada təqdim edilməlidir. Hər bir iştirakçı tək müəllif olduğu yalnız bir, həmmüəllifliklə isə maksimum iki məqalə təqdim edə bilər. Təqdim olunan məqalələrin müəllifləri işlərdə əks olunan məzmunun, faktların, sitatların, statistik məlumatların və digər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Məqalələr plagiat hallarının aşkar edilməsi məqsədilə xüsusi proqram vasitəsilə yoxlanılacaq. Məqalə ilə yanaşı, müəlliflər haqqında zəruri məlumatları əks etdirən qeydiyyat forması da təşkilat komitəsinə təqdim edilməlidir. Konfrans materiallarında dərc olunması nəzərdə tutulan məqalələrin elektron əlyazmaları və qeydiyyat formaları oktyabrın 10-dək [email protected] ünvanına göndərilməlidir.
Təşkilatçılar elm və tədqiqat ictimaiyyətini biomüxtəlifliyin qorunması və davamlı idarə olunması istiqamətində aparılan aktual araşdırmalarla konfransda iştirak etməyə dəvət edirlər.
dəqiqələr içində saytın olsun.