Dövlət sifarişi əsasında 28 108 nəfər təhsil alacaq
Operativ Media
Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.
Operativ Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.
Dövlət sifarişi əsasında isə 28 108 nəfər qəbul olunub. Daha 317 nəfər dövlət hesablı əsaslarla ali təhsil almaq hüququ əldə edib.
Beləliklə, qəbul olunanların təxminən 52 faizi ödənişli əsaslarla, 48 faizə yaxını isə dövlət sifarişi və dövlət hesablı əsaslarla təhsil alacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net