Kəlbəcərin ilk məzunu tələbə olub
Operativ Media
1 dəq oxu
Bu gün ali məktəblərə qəbul üçün keçirilən müsabiqənin nəticələri elan edilib.
Operativ Media xəbər verir ki, nəticələrə əsasən, işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən ilk təhsil müəssisəsi – Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Atakişiyeva Nəzrin Seyfəddin qızı tələbə adını qazanıb.
Nəzrin Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
Qeyd edək ki, sözügedən məktəb 15 sentyabr 2025-ci ildə fəaliyyətə başlayıb.
Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcərin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanın “Son zəng”ində iştirak edib və onu məzun olması münasibətilə təbrik etmişdi.
Sorğu